Dünya

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Məşhur rusiyalı aktyor, Xalq artisti Mixail Boyarski xəstəxanaya yerləşdirilib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Lensovet" Teatrı yayıb. Mənbə qeyd edir ki, Boyarski hazırda Sankt-Peterburqdakı Mariinski xəstəxanasının damar kardiologiyası şöbəsindədir. Aktryorun oğlu Sergey isə deyib ki, atası ürəyinə stend qoyulduqdan sonra problemlərlə üzləşib. Xatırladaq ki, Mixail Boyarski aprelin 14-də teatrda məşq zamanı yıxılaraq xəstəxanaya yerləşdirilib. Sənətçinin iştirakı ilə nəzərdə tutulan tamaşalar mövsümün sonuna kimi ləğv edilib. Bizim.Media