Digər

"Nəsə olan kimi məni sənətimlə vururlar"

Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) blogerləri ələ salıb. Bizim.Media xəbər verir ki, sənətçi sözügedən açıqlamasının ardından blogerlər tərəfindən tənqid olunmasına münasibət bildirib:  

Nəsə demişəmsə, bu, mənim şəxsi fikrimdir. Azərbaycanca danışmışam deyə başa düşməmisiniz. Nəsə demişəmsə, əcəb eləmişəm. Köhnə blogerlərə nəsə deməmişəm. Onlar niyə küsürlər, anlamıram. Özünüzə əl qatmısınız.  

Deyilənlərin sizə necə təsir etdiyini büruzə verməyin. Şou-biznesdə olsanız, nə edərsiniz? Dava-dalaşlarımızı görsəniz... Sonra da öpüşüb-görüşürük. Nəsə deyəndə də cavab veririk ki, "əcəb eləmişəm". (axşam.az) Bizim.Media