Kreml Xerson və Zaporojye vilayətlərində işğal etdiyi əraziləri qaytarmaq istəmir. Bizim.Media xəbər verir ki, “The Washington Post” bunun səbəbini izah edib. Nəşrin mənbələrinin məlumatına görə, ruslar Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirərək, işğal olunmuş Krıma quru yolu təmin ediblər. ABŞ prezidenti Donald Tramp ilə Vladimir Putinin avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan sammitinə hazırlıq fonunda Avropa liderləri birgə bəyanat yayıblar. Bəyanatda vurğulanır ki, beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir və Ukraynada sülhə aparan yol Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz.
Bunun əvəzində isə heç bir başqa güzəşt təklif olunmayıb. Bizim.Media