Siyasət

İlham Əliyev Anar İsmayılova general-mayor rütbəsi verdi

Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb. Bizim.Media xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilsin". Bizim.Media