Argentina Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında İngiltərə yığmasının qapısına vurduğu məşhur ikinci qola həsr olunmuş xatirə sikkəsi buraxılıb. Bizim.Media xəbər verir ki, sikkənin buraxılışı həm həmin tarixi epizodun 40 illiyi, həm də 2026 dünya çempionatına hazırlıq çərçivəsində FIFA-nın beynəlxalq xatirə sikkələri proqramı daxilində həyata keçirilib. Bundan əlavə, 6,75 qram çəkidə və 23 millimetr diametrdə qızıl sikkə də buraxılıb.
Qeyd edək ki, Maradonanın həmin qolu futbol tarixinin ən yadda qalan anlarından biri kimi bu gün də “futbolun poetik zirvəsi” sayılır və dünya futbolunun simvolik mirası hesab olunur. Bizim.Media