Digər

Bu ölkədə səhiyyə mərkəzinə silahlı hücum - 20 nəfər öldürüldü

Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində silahlı qrupun səhiyyə mərkəzinə hücumu nəticəsində kütləvi insan tələfatı yaşanıb. Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, “Demokratik İttifaq Qüvvələri” (ADF) adlanan silahlı qrup Biambve bölgəsində yerləşən Biambve Səhiyyə Mərkəzinə silahlı basqın edib.  

Xatırladaq ki, ADF 1990-cı illərin sonlarında Uqandada hökumət əleyhinə qrupların birləşməsi ilə formalaşmış, 2002-ci ildə ordunun əməliyyatları nəticəsində Konqoya DR-na keçmiş və minlərlə mülki şəxsin ölümündə ittiham olunan silahlı təşkilatdır. Bizim.Media