Digər

Minaya düşən şəxsin SON DURUMU

Xəbər verdiyimiz kimi, bu gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşərək xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Bizim.Media xəbər verir ki, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda onun Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Bizim.Media