Digər

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərləndi

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Bizim.Media xəbər verir ki, rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əhmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır. (Apa.az) Bizim.Media