Digər

"Roza ilə evlənəcəkdim, alınmadı"

Müğənni Əkbər Əliyev həmkarı Roza Zərgərli ilə reallaşmayan münasibət və evlilik planları barədə açıqlama verib. Bizim.Media-nın məlumatına görə, sənətçi müğənnilər arasında yalnız Roza ilə ailə qurmağı düşünə biləcəyini söyləyib: "Onu sevirdim. Hətta təklif etmişdim ki, hər şeyi sıfırdan çox sevdiyim İstanbulda başlayaq". Əkbər Əliyevin sözlərinə görə, münasibətin davam etməməsinə hər iki tərəfin işləri səbəb olub: "Roza öz sənət fəaliyyətinə görə sevgimizi qurban verdi, məndə də öz işlərimə görə alınmadı". Onun bu etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Milli.az) Bizim.Media