Dünya
Almanların əksəriyyəti Şoltsun yerinə Pistoriusu kansler vəzifəsində görmək istəyir
Sorğuda iştirak edən almanların üçdə ikisi kanslerin dəyişdirilməsini istərdi - onların çoxu hazırkı müdafiə naziri Boris Pistoriusu hökumətə rəhbərlik etməsinə üstünlük verir.
Qaynarinfo Bild-ə istinadən xəbər verir ki, bunu INSA ictimai rəy tədqiqat institutunun 1004 respondent arasında keçirildiyi sorğusunun nəticələri sübut edir.
Respondentlərin 64,3%-i Olaf Şoltsun kansler postunu Almaniya Müdafiə Nazirliyinin hazırkı rəhbəri Boris Pistoriusa verməsini istərdi.
BILD-in populyar siyasətçilərin sorğularına əsaslanan reytinqində də Pistorius böyük fərqlə birinci yerdədir. Hazırkı kansler Olaf Şolts, iki illik hakimiyyətdən sonra, əksinə, "bütün zamanların" ən qeyri-populyar kansleridir.
Hər iki siyasətçi populyarlığı getdikcə azalan Almaniyanın hakim Sosial Demokrat Partiyasının üzvləridir.
Nizami Bağırov