"Ölkənin vakansiya bankında əməkhaqqını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi müəyyən etmir. Maaşları əsasən, işəgötürənlər təyin edirlər, biz sadəcə onlarla danışıq aparırıq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransında deyib. Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media