"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb. Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib. Prokuror Dünyamin Xəlilovun 15 il müddətinə, Azad Cavadovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bizim.Media