"Divani Lüğət-it-Türk"ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq. Bizim.Media xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında məlumat paylaşılıb. Bildirilib ki, UNESCO çərçivəsində 2024-2025-ci illərdə türk ləhcələrinin məcmuəsi olan Mahmud Kaşğarinin "Divani Lüğət-it-Türk" əsərinin 950 illik yubileyi də qeyd olunacaq. Qeyd edək ki, bundan əvvəl görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.
Bizim.Media