Yaxın bir neçə gün ərzində Lyuis Həmilton “Ferrari” ilə müqavilə imzalayacaq. Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat verib. Mənbənin xəbərinə görə, yeddiqat dünya çempionu 2025-ci ildən etibarən İtaliya komandasında çıxış edəcək. Hazırda britaniyalı pilot “Ferrari” ilə müqavilənin son şərtlərini razılaşdırır. Lyuisin “Mersedes”lə müqaviləsi 1+1 sxemi üzrə imzalanıb. Buna görə də o, gələn il sərbəst qala biləcək. Xatırladaq ki, son çempionatda Həmilton 234 xal toplayaraq 3-cü yeri tutmuşdu. Rəşad Rafiqoğlu, Bizim.Media