Mədəniyyət

İki gimnastımız Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku davam edir. Bizim.Media xəbər verir ki, tamblinq üzrə yarışda Azərbaycan millisinin iki üzvü Mixail Malkin və Adil Hacızadə finala vəsiqə qazanıblar. Yığmanın digər üzvlərindən Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova yarımfinalda mübarizəni dayandırıblar. Qeyd edək ki, Dünya Kubokuna fevralın 24-də yekun vurulacaq. Bizim.Media