Mədəniyyət

Bu şəhər Şuşadan sonra Türk dünyasının mədəniyyət paytaxtı olacaq - FOTO

26-28 mart tarixlərində Türkmənistanda Anev şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı açılış mərasimi keçiriləcək. Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətlər Təşkilatının saytında məlumat yayılıb. Qeyd edək ki, ötən il Şuşa şəhərində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində 2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb. Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib. Bizim.Media