May ayının 11-də Şuşa və Laçında "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı başlayacaq. Bizim.Media xəbər verir ki, festival may ayının 13-dək davam edəcək. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış konserti Cıdır düzündə keçiriləcək. Eyni zamanda, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı da həmin tarixdə baş tutacaq. Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq. Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən məşhur xanəndə Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə bağlı keçirilib.1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb. Bizim.Media