Azərbaycan Respublikası Nazirlər Kabinetində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi haqqında qərar qəbul edilib. Bizim.Media xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməlidirlər. Bizim.Media