77-ci Kann Film Festivalının münsiflər heyəti 2024-cü ilin qaliblərinin adlarını açıqlayıb. Bizim.Media xəbər verir ki, baş mükafata rejissor Şon Beykerin yeni filmi - “Anora” layiq görülüb. Bu, amerikalı striptizçi, onunla evlənən rus oliqarxın oğlu və bu oliqarxın nəyin bahasına olursa-olsun evliliyə son qoymağa çalışan əlaltıları haqqındakı hekayədir. Ən yaxşı kişi rolu Jesse Plemons ("Xeyirxahlıq", rejissor Yorgos Lanthimos) olub. Ən yaxşı aktrisa nominasiyasında mükafat Jak Audiardın “Emiliya Perez” musiqili-kriminal dramının bütün heyətinə – Selena Qomez, Zoe Saldana, Adriana Paz və Karla Qaskona verilib. Migel Qomes (“Böyük Səyahət”) ən yaxşı rejissor seçildi, ən yaxşı ssenari mükafatı isə Korali Farqın “Maddə” filminə verilib. Festivalın Qran-Pri mükafatını hind rejissoru Payal Kapadianın çəkdiyi “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb. Bizim.Media