Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü gününə start verilib. Bizim.Media xəbər verir ki, festivalın bu günü Macarıstana həsr olunub. Tədbir Macarıstanın dövlət himni ilə başlayıb.
Aparıcı Macarıstanla Azərbaycan arasındakı əlaqələrin önəmindən danışıb. Çıxış edənlər hər iki ölkənin ədəbi və elmi əlaqələrindən söz açıblar. Xatırladaq ki, AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq. Bizim.Media