Mədəniyyət

Yazar Günel Natiqin imza günü keçirildi - FOTO

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media.nın masasında yazar Günel Natiqin imza günü keçirilib. Bizim.Media xəbər verir ki, yazarın kitabları maraqla qarşılanıb.  

Yazıçı, esseist, jurnalist Günel Natiq Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü və Prezident təqaüdçüsüdür (2019). Oxucular yazarın "Kişilərə dur deyin", "Leyli-Məcnundan da böyük" kitabları ilə tanış olublar.  Yazar saytımıza açıqlamasında festivalın Türk dünyası üçün böyük əhəmiyyətini vurğulayıb. Yazarın "Kişilərə dur deyin" romanı kişi-qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir. O, detektiv janrda yazdığını, bundan əlavə, kitablarında feminizm mövzusuna toxunduğunu deyib. Bizim.Media