Mədəniyyət

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında balaca uşaqlar - FOTO

Xəbər verdiyimiz kimi, Bizim.Media-nın informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü gününə start verilib. Festivalın bu günü Macarıstana həsr olunub.  Bizim.Media-ın əməkdaşı festivala gələn yaşlılarla yanaşı balaca uşaqların və məktəblilərin də fotolarını lentə alıb.  

Həmin maraqlı anları sizə təqdim edirik.  Xatırladaq ki, AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq. Bizim.Media