Mədəniyyət

Aqil Abbas: "Adamlar kitabdan qaçaq düşüb"

"Adamlar kitabdan qaçaq düşüb. Bu gün heç olmasa gəlib kitabı görürlər, alırlar. Açıq havada, belə gözəl tədbirlərin keçirilməsini alqışlayıram. Çox istərdim ki, belə tədbirlər rayonlarda da olsun. Kitabdan küsən insanları barışdırmaq lazımdır". Bu fikirləri Bizim.Media-ya açıqlamasında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının mahiyyəti barədə danışan millət vəkili Aqil Abbas deyib.  

Xatırladaq ki, festival Bizim.Media-nın rəsmi informasiya dəstəyi, o cümlədən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Yunus Əmrə İnstitutu və digər qurumların təşkilatı dəstəyi ilə baş tutur. Bizim.Media