Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Raziyyə Kamilqızının imza günü keçirilib. Bizim.Media xəbər verir ki, şair yaradıcılığında əsasən vətənpərvərlik mövzusuna yer verir.
Raziyyə Kamilqızı 15 kitab müəllifidir. Onun yaradıcılığında həm nəzm, həm də nəsr əsərləri yer tutur. Yazar Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, "Vicdanlı qələm", "İti qələm" "Xarı bülbül" və bir çox mükafatlara sahibdir. Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü start götürüb. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır. Festival mayın 31-dək davam edəcək. Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media