Mədəniyyət

Yazıçı Sevda Səfərlinin Şuşaya həsr olunan kitabları NÜMAYİŞ OLUNUB – FOTO

Xəbər verdiyimiz kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının altıncı günüdür. Festivalda Bizim.Media-nın masasında Sevda Səfərlinin imza günü keçirilib. Bizim.Media xəbər verir ki, əslən Şuşadan olan yazıçının yaradıcılığının əsasını Şuşa mövzusu tutur.  

O, dörd kitab müəllifidir. İlk kitabı 20 il əvvəl "Xarıbülbül həsrəti" adı ilə, ikinci kitabı isə "Bayatılar" adı ilə çap olunub. Onun 44 günlük vətən müharibəsindən sonra Şuşa qazilərinin müsahibələri əsasında yazdığı "Vətən sizə oğul dedi" və "Şuşanamə" kitabları sonuncu çap olunanlardandır. O, "Qızıl qələm" media mükafatına layiq görülüb. Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır. Festival mayın 31-dək davam edəcək. Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media