Mədəniyyət

Gülyanaq Məmmədova Kitab Festivalında ÇIXIŞ edib – FOTO/VİDEO

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günündə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova çıxış edib. Bizim.Media xəbər verir ki, sənətkar tədbirdə "Mehriban olaq", "İstəyirəm görəm səni", "İncə bellim" və digər məşhur mahnıları ifa edib.  

Xanəndənin ifası festivala gələn qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanıb. O, həmçinin, türk dövlətlərinin birliyindən, dostluğundan danışıb, bu festivalda iştirakından məmnunluğunu ifadə edib. Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır. Festival mayın 31-də öz işinə yekun vuracaq.  

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media