Xəbər verildiyi kimi bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media-nın masasında şair Rüxsarə Adilqızının imza günü keçirilib. Bizim.Media xəbər verir ki, onun kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Rüxsarə Adilqızı əsasən vətənpərvərlik mövzusunda, Göyçə həsrətilə şeirlər yazdığını dilə gətirib. Həmçinin bildirib ki, yaradıcılığında məhəbbət mövzusuna da yer verib. Azərbaycanın 44 günlük qələbəsinə həsr edilən kitabında müəllif müharibədə iştirak edən Azərbaycan oğullarından, onların şücaətindən bəhs edib. Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 7-ci günüdür. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır. Festival mayın 31-də öz işinə yekun vuracaq. Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media