Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev bu ölkənin yeni seçilmiş Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb. Bizim.Media xəbər verir ki, səfir K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qordana Silyanovska-Davkovaya ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə təqdim edib. Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində gündəlikdə duran məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Bizim.Media