Sentiyabrın 1-i yaxınlaşdıqca seçki həyəcanı artır. Hər kəs deputatlığa namizədlər sırasında sürpriz ismlər axtarır. Xüsusən də vaxtilə siyasi meydanda aktiv olan, lakin son zamanlar səsi-ünü gəlməyən bəzi insanların deputat seçilmək istəyi olub-olmaması çoxları üçün maraq obyektidir. Bu marağı nəzərə alaraq bir zamanların aktiv siyasətçisi olan, Azərbaycan Mili İstiqlal Partiyacısının qurucusu Etibar Məmmədovla əlaqə saxladıq. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, AMİP növbədənkənar parlament seçkiləri ilə bağlı öz namizədlərini müəyyən edib: “Siyahı ictimaiyyətə də təqdim edilib. Namizədlər müəyyən edilərkən partiya rəhbərliyi mənimlə də məsləhləşmələr aparıb”. Bəs, Etibar Məmmədov özü namizəd kimi seçkilərə qatılmaq istəmir ki? Suala Etibar Məmmədov çox qısa cavab verib: “Özümün seçkilərə qatılmaq planım yoxdur”, - deyə cavab verib. Surxay Atakişiyev, Bizim.Media