Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Bizim.Media xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, Ana Vətən Partiyasının sədri VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalıdır. Məhərrəm Əliyev, Bizim.Media