Digər

"Qarabağ" Cəbəllitariqdə qələbə qazandı (YENİLƏNİR)

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.  Qaynarinfo xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ” da yeni mövsümdə ilk rəsmi matçına çıxacaq.  Ağdam klubu Cəbəllütariqdə "Linkoln”un qonağı olacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.  Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək. Xatırladaq ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə). Çempionlar Liqası II təsnifat mərhələsi İlk oyun 23 iyul 20.00 Linkoln (Cəbəllütariq) - Qarabağ (Azərbaycan) 0:1 Qol: Olaviyo Juninyo, 45+2. Linkoln: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas. Baş məşqçi: Xavyer Sançes Munoz. Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo. Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 35.İbrahim Ramazanov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica. Baş məşqçi: Qurban Qurbanov. Baş hakim: İştvan Vad (Macarıstan). Cəbəllütariq. "Europa point stadium".