Mədəniyyət

Şəkidə yeni tamaşaya ictimai baxış keçirildi - FOTO

Şəki Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” yaxud “Boy çiçəyi” pyesi əsasında hazırlanan yeni tamaşaya ictimai baxış keçirilib. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yazıçının anadan olmasının 110 illiyinə həsr olunan tamaşanın premyerası yeni mövsümdə teatrsevərlərə təqdim ediləcək. Elvin Nurinin quruluş verdiyi tamaşada cərəyan edən hadisələr sanki keçmiş sovet dövründə deyil, bu gün baş verir. Məhz bu səbəbdən də rejissor böyük ustalıqla hadisələrin axarına güclü təsir etmədən, əsas mətləbdən uzaq düşmədən əsəri tamaşaçıya yeni bir formada təqdim edə bilib. Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu