ABŞ-da Rusiya vətəndaşı Pavel Kublitski və Qazaxıstan vətəndaşı Aleksandr Xodırev kiber fırıldaqçılıqda ittiham olunublar. Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat Florida Federal Məhkəməsinin elektron məlumat bazasında dərc edilmiş sənədlərdə qeyd olunub.
Məhkəmə sənədində deyilir: "Kublitski və Xodırevin WWH-nin idarəçiləri (adminləri) olduğuna inanmaq üçün əsaslar var". Sənəddə təqsirləndirilən şəxslərin rəsmi olaraq işlə təmin olunmadığı da qeyd olunub. Bizim.Media