Siyasət

Polad Bülbüloğlu Azərbaycana qayıtdı, səlahiyyətlərinin icrasını DAYANDIRDI

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb. Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, o, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiq edib.  "Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.  

Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir.  Bizim.Media