Siyasət
Peyman Sadıqov seçicilərinə müraciət etdi: "Sizdən dəstək və ədalətli seçim gözləyirəm"
Deputatlığa namizəd Peyman Sadıqov seçki platformasını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Peyman Sadıqov seçicilərinə aşağıdakıları və edib:
"Əziz Şirvan şəhərinin sakinləri, sizdən dəstək və ədalətli seçim gözləyirəm.
Mənə etimad göstərərək seçsəniz əmin ola bilərsiniz ki:
* Qanunvericilik fəaliyyətimin əsas məqsədi sosial-iqtisadi islahatların həyata keçirilməsinə və vətəndaşlarımızın rifah halının yüksəldilməsinə öz dəstəyimi verəcəm;
* Şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibələri veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanların ehtiyaclarının təmin olunmasına çalışacam;
* Sizin sosial problem və qayğılarınızın həllinə, rahat və ədalətli mühitdə yaşamağınıza təminat verən qanunların qəbul edilməsi və qanunların aliliyinin təmin olunması naminə fəaliyyət göstərəcəm;
* Sizi narahat edən məsələləri millət vəkili səlahiyyəti çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların həllini tələb etməkdə qətiyyətli olacam;
* Sağlam gələcək naminə idmanın inkişafında dövlətimizin gördüyü və görəcəyi bütün işlərə dəstək olacam;
* Milli mənafeyimiz naminə əsrlərlə formalaşmış adət-ənənələrimizin, mənəvi və əxlaqi dəyərlərimizin qorunması istiqamətində mövqeyimi daha da möhkəmləndirəcəm;
* Azərbaycanın müstəqilliyinin, suverenliyinin və konstitutsion əsaslarının qorunması, ərazi bütövlüyünün bərpası işində hər zaman olduğu kimi Sizin və dövlətimizin yanında olacağam;
* Vətənpərvər və yenilməz dövlətçiliyimizə xidmət edən gənclərin sayının artmasına çalışacağam, gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl səmərəli addımlar atacağam;
Bu seçkilərin özümüz və övladlarımız, xalqımız və dövlətimiz, hər birimiz üçün xeyirli, faydalı nəticələrini görmək istəyiriksə, gəlin seçkilərdə fəal olaq, ədalətli seçim edək!"