Müasir tariximizə qızıl hərflərlə yazılan 2020-ci ilin İkinci Qarabağ müharibəsi mövzusunda növbəti film çəkilib. Bizim.Media xəbər verir ki, “Tənha insanın monoloqu” adlı psixoloji dram janrında olan qısametrajlı film müharibə iştirakçısından bəhs edir. Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkilirlər. Film, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin sifarişilə “Şahdağ Film” studiyasında ərsəyə gəlib. Bizim.Media