Siyasət
Ermənistan Minsk qrupunun buraxılması məsələsinə münasibət bildirdi
İrəvan Minsk prosesini ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində davam etdirməyi nəzərdən keçirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosunun sorğusuna cavab olaraq Ermənistanın Xarici İşlər Nazirliyi məlumat verib.
Azərbaycan sülh sazişinin imzalanması, paraflanması üçün Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməsini və ATƏT-in Minsk Qrupunun birgə buraxılmasını tələb edib. Prezident Əliyev onu da bildirib ki, Ermənistan Minsk Qrupunun buraxılması ilə razı deyil, mənbə xatırladır.
"Azadlıq" radiostansiyası Xarici İşlər Nazirliyindən soruşub ki, Azərbaycan Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt sayırmı, İrəvan niyə buraxılmasına razı deyil və mümkündür ki, yaxın vaxtlarda Ermənistan fikrini dəyişsin və Bakı ilə birlikdə ATƏT-nin Minsk Qrupunun buraxılması haqqında birgə bəyanat versin.
Ermənistan Xarici İşlər Nazirliyi bu suallara bir cümlə ilə cavab verib: "Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən əvvəl sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.
Nizami Bağırov