Siyasət

Hakan Fidan: “Türkiyə və Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının tərəfdarıdır”

“Türkiyə və Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasının tərəfdarıdır. Əminəm ki, ölkələrimizin qardaşlığı bundan sonra da regional sabitliyə öz töhfəsini verəcək”. Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Ankarada Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.  

Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan liderləri tərəfindən 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirib. Bizim.Media