Mədəniyyət

Orxan İsgəndərov və Seymur Hüseynov yüksək vəzifəyə TƏYİN EDİLDİLƏR - FOTO

Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub. Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib. Hər iki şəxs dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləridir. Bizim.Media