Nazirlər Kabinetində 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib. Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra dövlətə məxsus daşınmaz və daşınan əmlakların qiymətləri tənzimlənməyəcək. Bizim.Media