Nikol Paşinyan təklif edib ki, Bakı ilə artıq razılaşdırılmış sülh müqaviləsinin müddəaları imzalanmalıdır. Bizim.Media xəbər verir ki, baş nazir bu barədə İrəvan Dialoq Forumunda çıxışı zamanı danışıb. Paşinyan qeyd edib ki, sənəddə Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına dair müddəa da var: "16 müddəadan qalan 3-ü isə qismən razılaşdırılıb. Onların hər biri iki cümlədən ibarətdir". "Nəticədə bizim əlimizdə təsdiq edilmiş sənəd olacaq. Bu, imkan yaradacaq ki, ona uyğun işimizi davam etdirək", deyə Paşinyan yekunlaşdırıb. Bizim.Media