“Əgər ABŞ-ın yeni lideri çılğıncasına Ukraynadakı münaqişənin alovuna yanacaq töksə, bu, çox pis seçim olacaq. Çünki bu, cəhənnəmə aparan yoldur”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, ABŞ daim hamını idarə etməyə çalışır, planetdə böhranlar yaradır:
“Münaqişələr səbəbindən ABŞ silah tədarükü və hərbi-sənaye kompleksinə vəsait ayırmaqla pul qazanır. Belə siyasətin nəticəsi isə qan və çoxlu sayda qurbanlardır”. Bizim.Media