Dünya

Zaxarovadan Frederiksenə CAVAB: "Sağlamlıq xəstəlikdən daha təhlükəlidir?”

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Danimarkanın baş naziri Mette Frederiksenin bəyanatını şərh edib.  Bizim.Media xəbər verir ki, Zaxarova özünün "Telegram" kanalında Danimarkanın baş naziri Mette Frederiksenin “Ukraynada sülh müharibədən daha təhlükəli olacaq” fikirlərinə "Sağlamlıq xəstəlikdən daha təhlükəlidirmi?” sözləri ilə cavab verib.  

Qeyd edək ki, Danimarkanın Baş naziri  Mette Frederiksen “21 Søndag” nəşrinə müsahibəsində bildirib ki, Ukraynada sülh müharibədən daha təhlükəli olacaq. Bizim.Media