İdman

"Formula 1": Birinci sərbəst yürüş başladı

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. Bizim.Media xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb. Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək. "Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Bizim.Media