İdman

Oskar Piastri: Azərbaycan Qran-prisi karyeramın ən yaxşı yarışlarından biri oldu

Bu, karyeramın ən yaxşı yarışlarından biri oldu. Bizim.Media xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "McLaren" pilotu Oskar Piastri deyib.  

23 yaşlı sürücü son dövrələrin onun üçün bir az rahat keçdiyini bildirib: "Hazırda Konstruktorlar kubokunda liderik. 12 ay əvvəl belə nəticələr mümkün deyildi. Bu, böyük komanda işidir". Bizim.Media