Dünya

Medvedev: “ABŞ Rusiyanın nüvə silahından istifadə etməyəcəyini düşünməklə yanılır”

“ABŞ Rusiyanın mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə baxımından sərhədi keçməyəcəyini gözləməklə yanılır”. Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, Amerika dərin dövləti üçüncü dünya müharibəsini istəmir, lakin nədənsə onlar “rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə” inanırlar:  

Medvedev həmçinin bildirib ki, “Qərb qaydalarına əsaslanan dünya nizamı tezliklə dağılacaq”. Bizim.Media