Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı olub. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mədəniyyət Nazirliyi yayıb. Mənbə qeyd edir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub. Xatırladaq ki, R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. Bizim.Media